24.5 C
Bakı
09 İyun 2026 18:38
Dünya

Türkiyəyə 2 ton kokain göndərmək istədilər – Tutuldular

Türkiyəyə 2 ton kokain göndərmək istədilər - Tutuldular

 

Peru polisi 2 tondan çox kokain müsadirə edib. Cinayətkarlar onu Türkiyəyə göndərmək niyyətində olublar.

Tacxeber.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Perunun Energetika Nazirliyi məlumat yayıb.

Narkotiklərin keramik plitələrdə gizlədildiyi məlumatda qeyd olunub.

Qadağan olunmuş yükün ümumi dəyəri ən azı 20 milyon dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, dünyadakı koka sahələrinin 90%-dən çoxu Kolumbiya, Peru və Boliviyanın daxil olduğu “And narkotik üçbucağı” adlanan ərazidə cəmləşib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail və HƏMAS arasında böyük razılaşma…

admin

Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?

admin

Netanyahu məhkəməyə çıxır: 3 cinayət işi və 10 il cəza

redaktor