16 C
Bakı
25 Oktyabr 2026 11:34
Dünya

“Müharibə yenidən başlasa, bütün ərazimiz…” – Ovannisyan

“Müharibə vəziyyətində Ermənistanın hava məkanının bağlanılması ilə bağlı ciddi problemləri var”.

Tacxeber.com xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Ovannisyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla 44 günlük müharibədən sonra orduda islahatlar zəif templə aparılır, döyüş mövqeləri təchiz olunmur:

“Bir mütəxəssis kimi tempdən (islahat) çox narazıyam. Əgər yüksək sürətlə asfalt çəkiriksə, bəs niyə eyni sürətlə mövqeləri təchiz etməklə məşğul olmuruq?”.

Ovannisyan Baş nazir Nikol Paşinyanın “Ermənistanın bütün ərazisi hərbi baxımdan toxunulmaz deyil” açıqlamasına da toxunub:

“Heç bir toxunulmaz məqam yoxdur. Bu sirr deyil. İndi hava məkanını bağlamaq problemimiz var. Havamız həm də müxtəlif müşahidə sistemlərindən qorunmalıdır ki, bizim kiçik ərazimizdə Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Rusiya kəşfiyyat işi apara bilməsin. Müharibə zamanı tüstü ilə də olsa, havanı bağlaya bilərik. Amma ora çatana qədər havanı bağlı saxlamalıyıq.

Mətbuat konfransı zamanı Paşinyanın özü də etiraf etdi ki, cəbhə xətti təchiz olunmayıb. O sual da açıq qalır ki, son üç ildə sərhədlərin təchiz olunması üçün nə edilib?”.

Ekspert erməni ordusunun səngər, arsenal və digər bu kimi ciddi problemlərinin olduğunu söyləyib.

Ovannisyan müasir silahlarla təchiz edilmiş, peşəkar hərbi taktikalarla döyüş aparmaq qabiliyyətinə malik Azərbaycan ordusu qarşısında ölkəsinin çox zəif göründüyünü və zəif müdafiə olunduğunu da etiraf edib.(Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin