24 C
Bakı
22 İyun 2025 16:12
Dünya

Putin həbs edilə bilər

 

Beynəlxalq Cinayət Məhkəməsi (BƏM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub. Bildirilib ki, BƏM Ukraynadakı müharibə kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. Açıqlamada vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski yenidən prezidentliyə namizəd olacaq? – VİDEO

redaktor

Çeçenistan sakini Putini qucaqlamaqdan imtina etdi

redaktor

Hindistanda “müqəddəs” peyin bayramı – FOTO

redaktor