Gündəm

Hacı Şahinin məzarı ziyarətgahlar siyahısında yer aldı – FOTO

 

Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib.

Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.

Özünü təşkilatçılardan biri kimi təqdim edən Sədaqət adlı xanım məsələ ilə bağlı Globalinfo.az-a bildirib ki, bunu insanların müraciətləri əsasında qərarlaşdırıblar:

“Bizdə əsasən Bakı daxilində olan ziyarətlər həyata keçirilir. Artıq özümüzə borc bilirik ki, bizi dini baxımdan yetim qoyan hacının da qəbrini ziyarət edək.

Onun şəxsiyyətinə böyük hörmətimiz var. Bunun üçün əlavə ödəniş də tələb edilmir, qiymət də eyni saxlanılır. Bəzi insanlar özləri bizə müraciət etdilər ki, ziyarətlərin siyahısına hacının məzarını da daxil edək. Buna qeyri-adi şəkildə yanaşılmasını, böyüdülməsini istəmərik”.

Tacxeber.com

 

Oxşar xəbərlər

Yenə təxribat, yenə manipulyasiya…

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

Beş addımla rahatlıq planı

redaktor