16 C
Bakı
25 Oktyabr 2026 12:44
Hadisə

Kahramanmaraş zəlzələsi 17 avqustu kölgədə qoydu

 

Kahramanmaraşdakı zəlzələnin balans hesabatı Gölcük zəlzələsini xatırladır.

Tacxeber.com İHA-ya istinadla xəbər verir ki, Gölcük zəlzələsi 17 avqust 1999-cu il 7,4 bal gücündə baş verib.

Belə ki, zəlzələ Ankaradan İzmirə qədər geniş bir ərazidə hiss olunub. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 17 480 nəfər ölüb, 23 781 nəfər yaralanıb.

Xatırladaq ki, Türkiyədə ən böyük zəlzələ 27 dekabr 1939-cu ildə Ərzincanda baş vermişdi. 7.9 bal gücündə 52 saniyə davam edən zəlzələdə 32 962 nəfər ölmüşdü. 100 000-ə yaxın insan isə yaralanmışdı.

Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ Türkiyənin ən ciddi təbii fəlakətlərindən biridir.

Qeyd edək ki, Kahramanmaraş və ətraf şəhərlərdə dünən gecə saatlarında 7,4 bal gücündə  zəlzələ baş verib. Hələ də davam edən zəlzələ nəticəsində 1014 nəfər həyatını itirib.

Tacxeber.com

Oxşar xəbərlər

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor