18 C
Bakı
10 Sentyabr 2026 05:13
Sağlamlıq

Jenşenin inanılmaz faydaları

 

Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar.

Hal-hazırda da jenşen bir çox dərman preparatların tərkibinə daxil edilir. Müalicə zamanı əsasən jenşenin kökündən istifadə olunur.

– Jenşen ümmuniteti möhkəmləndirir, orqanizmin müxtəlif infeksiyalara qarşı davamlılığını artırır, sağalmanı tezləşdirir.

– İnsanın mərkəzi sinir sisteminə çox müsbət təsir edir, yaddaşı möhkəmləndirir, yuxusuzluqdan və depressiyalardan azad edir, stressi azaldır, nevrasteniya zamanı kömək edir.

– Jenşen təbii tonuslaşdırıcı vasitədir – insanı daha gümrah və fəal edir, əqli yorğunluğunu azaldır, iş qabiliyyətini yaxşılaşdırır.

– Qanda şəkərin səviyyəsini aşağı salır.

– Ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını almağa kömək edir, ürəyin əzələsini qoruyur, arterial təzyiqi tənzimləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

– Kişilərdə cinsi zəifliyi aradan qaldırmağa kömək edir, cinsi funksiyanı və spermoqrammanın nəticələrini yaxşılaşdırır. Məhz bu səbəbdən jenşen kişi sonsuzluğu, spermatogenezin (spermanın “istehsalı”) müxtəlif pozulmaları, impotensiya zamanı tez-tez istifadə olunur.

– Qadınlarda menstrual funksiyanın yaxşılaşmasına kömək edir.

– Mübadilə prosesləri yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir.

– Cildə müsbət təsir göstərir, dəridə mübadilə prosesləri və qan dövranını yaxşılaşdırır, hüceyrələrin yenilənməsini sürətləndirir, dərini daha dartılmış və elastik edir.

Tacxeber.com

Oxşar xəbərlər

Həyat yoldaşı: “Həkimlər Ələsgər Məmmədlidə infarkt riskinin artdığını bildiriblər”

admin

Elvin Cəfərquliyev əməliyyat olundu

admin

TƏBİB-dən mühüm addım: tibb işçilərinin maaşları artırılır

redaktor