24.5 C
Bakı
09 İyun 2026 17:10
Sağlamlıq

Təbii vitamin mənbəyi olan quşarmudu haqqında eşitmisiniz? – FAYDALI İKİ RESEPT

Təbii vitamin mənbəyi olan quşarmudu haqqında eşitmisiz? - Həkimdən İKİ RESEPT

 

Quşarmudu təbii vitamin mənbəyidir. Əgər sizdə yorğunluq, halsızlıq, iştahasızlıq, xəstəliklərə qarşı dözümsüzlük və s. varsa, quşarmudu meyvəsini dəmləyib içmək və məcunu qəbul etmək məsləhətdir.

Quşarmudu vitamin tərkibinə görə sitrus meyvələrindən 20 dəfə üstündür. İçində C, B1, B2, P, PP, E, K vitaminləri, kalium, kalsium, flavonoidlər, dəmir, mis, sink, yod, manqan, rutin, saponinlər, qlükoza, fruktoza, qlikozidlər və s. maddələr mövcuddur.

Quşarmudunun əsəb sakitləşdirici effekti də var. Yüksək qan təzyiqini, yüksək xolesterini salır, revmatizm əleyhinə təsir göstərir. Podaqra düyünlərinin əridilməsi üçün əla vasitədir. Uşaqlarda vitaminsizlikdə, iştahasızlıqda müsbət nəticə verir. Dəmləməni balla qarışdırıb içəndə həm dadlı olur, həm də effekti bir qədər də artır.

Bu bitkidən hazırlanan iki resepti sizlərə tövsiyə edirik:

1) 250 qram qurudulmuş quşarmudu meyvəsini üyüdüb toz halına gətirdikdən sonra 1 kq bal ilə qarışdırıb, gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qəbul edin.

2) 500 qr təzə quşarmudu meyvələrini yuyub 20 dəqiqə suda saxlayın. Daha sonra suyu boşaldıb, meyvələrin üzərinə bu dəfə qaynar su tökün. 1 dəqiqədən sonra suyu boşaldıb, prosesi təkrarlayın. Meyvələr yumşalacaq, daha sonra 300 qr balla qarışdırın.

Tacxeber.com

Oxşar xəbərlər

Bu məhsullar xərçəngə səbəb olan birləşmələr yaradır – Alimlər

redaktor

Orqazm xərçəngin müalicəsində faydalıdır Həkim

admin

“Yemək zamanı su içmək zərərli deyil, əksinə faydalıdır”- Həkim

redaktor