25.3 C
Bakı
13 İyun 2026 12:10
Hadisə

Səfirliyimizə hücum belə planlaşdırılıbmış – Yeni görüntülər

 

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub. Bu barədə “Qafqazinfo” yeni görüntülər əldə edib. Yeni görüntülərə əsasən, onu demək olar ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib.

Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər saatlarında səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumunun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb.

İkinci cəhddə isə o, maşınında “kuvalda” götürüb qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun hücumda istifadə etdiyi “Kalaşnikov” avtomatını yerə qoyduğu da görüntülərdə açıq-aşkar görünür.

Maraqlıdır ki, bu proses 20 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etmir. Bu görüntülərdən açıq-aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil.

 

 Tacxeber.com

Oxşar xəbərlər

170 milyon da belə getdi.

admin

London – Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi

admin

“Haber Global”: Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı?

redaktor