Şou

“Oxumaq boş şeydir, əsas kişi olmaqdır” – Manaf Ağayev

 

“Xəzər axşamları” verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı olan müğənni Manaf Ağayev verdiyi açıqlamalarla diqqəti öz üzərinə çəkib.

Aparıcı əvvəlcə Əməkdar artist Elnarə Abdullayevanın ünvanına xoş sözlər söyləyib. Bu zaman Manaf Ağayev onunla həmrəylik nümayiş etdirib. O, Elnarə Abdullayevanın sənətini yüksək qiymətləndirdiyini deyib: “Elnarə xanımın əli çiynimdə olsa, bütün mahnıları oxuya bilərəm”.

Digər qonaqlar isə Manaf Ağayevin ifa tərzini bəyəndiklərini deyərək, onun sənətini müsbət qiymətləndirdiklərini bildiriblər. Müğənninin reaksiyası hər kəsi təəccübləndirib: “Oxumaq boş şeydir. Əsas yaxşı ailə başçısı, yaxşı ata, yaxşı dost, yaxşı kişi olmaqdır. Manafı bu keyfiyyətlərinə görə sevin”./Yenisabah.az

Tacxeber.com

Oxşar xəbərlər

Namiqin konsertində qızı səhnəyə çıxdı: “Efirlərdə görünməyi sevmir” – VİDEO

redaktor

Qafarzadələrin ailə portreti – Müğənnidən paylaşım

redaktor

Elton anasından danışıb kövrəldi: “Yaxşı övlad olmamışam”

redaktor