13 C
Bakı
24 Mart 2026 19:28
Cəmiyyət

Ünvanlı yardımlar 535 manat olacaq – RƏSMİ AÇIQLAMA

 

2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.

Ümumilikdə ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Kurban Berdıyev meydançanın durumundan və qələbədən danışdı.

admin

İlham Əliyev Polad Bülbüloğlunu vəzifəsindən azad etdi

redaktor

Məzahir Pənahov: Pozuntulara dair müraciətlər daxil olub

redaktor