İdman

Avropa klubları Ronaldunun transferindən niyə imtina edib? – SƏBƏB

 

UEFA Çempionlar Liqasında çıxış edən bir sıra Avropa klublarının Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun trasferindən imtina etməsinin səbəbləri bəlli olub.

Tacxeber.com xəbər verir ki, 37 yaşlı hücumçunun noyabrın sonunda “Mançester Yunayted”i qalmaqallı şəkildə tərk etməsi əsas səbəb kimi göstərilib.

Təcrübəli oyunçunun Qətərdəki dünya çempionatı zamanı yığmada əsas heyətdəki yerini itirməsi də burada rol oynayıb.

Klublar forvardın yaşını və maaş tələblərini nəzərə aldıqdan sonra keçidin ağlabatan olmadığını düşünüblər.

Qeyd edək ki, Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayacağı gözlənilir.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2022-də ağır zədə – Şahzadə şəxsi təyyarə ayırdı

admin

Heyfimiz gəlsin Azərbaycan futboluna və orada dürlü-dürlü xəyallar quran istedadlı balalarımıza!

admin

“Mançester Yunayted” qalmaqallı müsahibə ilə bağlı açıqlama yaydı

admin