11 C
Bakı
30 Mart 2026 04:22
Cəmiyyət

Aksiyaçılar sülhməramlıların kolonunu buraxmadı

Aksiyaçılar sülhməramlıların kolonunu buraxmadı

 

Xankəndi yolunda aksiya iştirakçıları sülhməramlılara məxsus yük maşınının keçidinə icazə verməyib: səbəb “humanitar yük” adı altında qeyri-humanitar yüklərin daşınmasıdır.

Tacxeber.com xəbər verir ki, aksiyaçılar “humanitar yükə” baxmaq istəyiblər, sülhməramlılar buna icazə vermədiyi üçün kolonun keçməsinə şərait yaradılmayıb və maşın karvanı geri qayıdıb.

Aksiyanın ilk günündən humanitar yüklərin keçidinə şərait yaradılıb. İstisna deyil ki, separatçılar və sülhməramlılar “humanitar yük” yarlığından istifadə etməklə silah-sursatın daşınmasını da həyata keçirmək istəyir, aksiya iştirakçılarında ya belə məlumat var, ya da müşahidələri şübhələr doğurub.

Silahlar yüklər arasında da gizlədilə bilər, bunun belə olmadığına heç kim zəmanət verə bilməz.

Tacxeber.com

Oxşar xəbərlər

Etiraz dalğası: Dağıstan bütün Qafqazı “alovlandıracaq”

admin

SOS! Bunlar körpənin inkişafına mane olur

redaktor

Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur

redaktor