29 C
Bakı
13 Avqust 2026 12:13
Gündəm

Naxçıvan “xanı”nın malikanəsi bundan sonra qorunmayacaq – Qarovul postu ləğv olundu

 

Naxçıvan “xanı”nın evinin polislər tərəfindən qorunmasına son qoyulub.

“Xan” evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.

Bildirilir ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurdu. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirdi. Lap Leninin meyiti Kremldəki mavzoleydə qorunan kimi.

Dünəndən isə xan evinin qarşısındakı polis postu ləğv olunub. Xan evinin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Qarovulçu polislərini heyrətləndirən bu cəsarətli əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub. (Ovqat)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor