Cəmiyyət

AQTA xəbərdarlıq etdi

AQTA xəbərdarlıq etdi

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib.

Tacxeber.comxəbər verir ki, yeni il qabağı spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq AQTA əhalini diqqətli olmağa çağırır.

“Təəssüflə bildiririk ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar ATQA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədədsaxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb” – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

İsti şorba içənləri gözləyən təhlükə – Xərçəng riski var

redaktor

Vətəndaşlar “Getcontact”ı telefondan silsinlər, abunəliyi sonlandırsınlar – ÇAĞIRIŞ

redaktor

Binalarda yaşayanların NƏZƏRİNƏ: cihazlar quraşdırılır

redaktor