26 C
Bakı
27 Sentyabr 2026 19:22
CəmiyyətKriminal

Xaçmazda qadın sürücü avtomobili mağazaya çırpdı – Video

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.

Yeniavaz.com “Azərtac”a istinadla xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

 

Oxşar xəbərlər

Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq

redaktor

Xarici Siyasətdə “İslamofobiya” tənqidi, daxildə hicab qadağası

redaktor

Giləmeyvələr fəsiləsi

redaktor