CəmiyyətKriminal

Xaçmazda qadın sürücü avtomobili mağazaya çırpdı – Video

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.

Yeniavaz.com “Azərtac”a istinadla xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

 

Oxşar xəbərlər

“Neftçi”də yeni baş məşqçi kim olacaq? – Namizədlərin siyahısı

admin

“Axırıncı dəfə nərə balığını nə zaman və neçəyə almısınız, və ya, heç almısınızmı?” Natiq Cəfərli

admin

Keçmiş icra başçısına ağır cəza verildi

redaktor