12 C
Bakı
26 Mart 2026 22:31
Dünya

“Rusiya vəzifəsini yerinə yetirməkdən imtina edir” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilən xüsusi əməliyyatın səbəblərindən danışıb.

Tacxeber.com “Reuters”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti o cümlədən Rusiyanın regionda terrorçuları məhv etməkdən imtina etməsindən söz açıb.

“Bizim 2019-cu il Soçi razılaşmamıza əsasən, İraqın şimalında və Suriyada terrorçuların məhv edilməsinə görə məsuliyyət daşıyan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir”, – Ərdoğan bildirib.

O, Türkiyənin susmayacağını və müstəqil şəkildə terrorçulara qarşı tədbirlər görəcəyini izah edib. Prezident Kobani bölgəsinə 12 zərbə endirdiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Erməni mafiyasının Avropadakı killeri Ermənistanda gizlənir – FOTO/VİDEO

redaktor

Rusiyada ixtisaslı kadr çatışmazlığı 1,5 milyon nəfərə çatır

admin

Qordon: Krıma od vurulacaq, körpü qalmayacaq

redaktor