Dünya

Ruslar sazişə əməl etmədilər, biz də vurduq

Ruslarla 2019-cu ildə Soçidə əldə etdiyimiz razılaşmamız var. Onlar bölgədəki terrorçuları təmizləməli idilər. Lakin dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etmədilər. Biz də bunlara qarşı səssiz qalmayacağımızı, oradakı terrorçulara qarşı addım atacağımızı söylədik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünən də Kobanidəki 12 hədəfi vurmaqla terrorçuları zərərsizləşdirdik. Havadan və qurudan nə lazımdırsa, etdik. Bundan sonra da edəcəyik”, – Ərdoğan bildirib.

Qeyd edək ki, noyabrın 19-dan 20-nə keçən gecə Türkiyə ordusu Şimali İraq və Suriyanın şimalında hava əməliyyatı keçirib. Həmçinin Kobaniyə də zərbələr endirilib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan regional süni intellekt infrastrukturu yaratmağı planlaşdırır

redaktor

“Ben Laden Putinlə müqayisədə saçına çəhrayı bant bağlayan məsum qızcığaza bənzəyir…”

admin

Rusiya son sutkada bu qədər itki verdi – ŞOK RƏQƏMLƏR

redaktor