24 C
Bakı
22 İyun 2025 09:38
İdman

Fransalı futbolçu: “Qarabağ”ın səhv addım atacağına ümid edirdik”

Fransalı futbolçu: "Qarabağ"ın səhv addım atacağına ümid edirdik"

“Qarabağ”ın səhv addım atacağına ümid edirdik”.

Tacxeber.com-ın məlumatına görə, bunu “köhlən atlar”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın “Nant” komandasının futbolçusu Mussa Sissoko klubun rəsmi saytına müsahibəsində deyib.

33 yaşlı yarımmüdafiəçi G qrupunu yaxşı pillədə başa vurmaq istədikləri və buna nail olduqlarını xatırladıb: “Frayburq” “Qarabağ”a qarşı sonadək oynadı və artıq öz işimizi görməli idik. Böyük sevinc yaşadıq. Ümid edirəm ki, bu, bizə daha çox inam verəcək”.

Fransalı təcrübəli oyunçu heyətdə gənclərin çoxluq təşkil etdiyini söyləyib: “Nailiyyətdən zövq alırıq. Şəhər uzun müddət klubun avrokuboklarda çıxışını gözləyib”.

Qeyd edək ki, VI turda Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Avropa Liqası ilə vidalaşıb. Ölkə çempionu UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Laportanın Bakıya səfərinin əsas məqsədi: SOCAR “Barselona”nın titul sponsoru olacaq? – EKSKLÜZİV

redaktor

Avropa klublarının transfer siyahısında yer alan 7 “Qarabağ”lı – SİYAHI

admin

O, “Neftçi”nin təklifini qəbul etdi?

admin