27 C
Bakı
29 Sentyabr 2026 12:46
DünyaMaraqlı

Fransalı kəndirbaz Filipp Peti

Filipp Peti 1968-ci ildə (19 yaşında) diş həkimində növbə gözləyərkən jurnalda Nyu Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinin tikilməsi barədə oxuyur və onların arasında kanatda yerimək arzusuna düşür.

Göydələnlər hazır olandan sonra dəfələrlə Nyu Yorka gedib binaları seyr edir, o cümlədən helikopter vasitəsilə. Planı həyata keçirmək asan deyildi və müxtəlif texniki problemlərin, məsələn, külək zamanı binaların tərpənməsini nəzərə almağı tələb edirdi.

Nəhayət, 1974-cü il avqustun 6-da Peti və köməkçiləri saxta sənədlərlə binaya daxil olurlar və yuxarı mərtəbələrin birində gizlənirlər. Xüsusi hazırlanan yay və ox vasitəsilə polad kanatı digər binaya atırlar, oradakı köməkçilər də bərkidirlər. Avqustun 7-də səhər saat 7-dən sonra Peti kanat üzərinə çıxır. 410 metr hündürlükdə çıxış etməsinə baxmayaraq, heç bir təhlükəsizlik tədbiri görməmişdi.

O, 45 dəqiqə kanat üzərində gəzir, səkkiz dəfə oyan-buyana gedir. Həm də təkcə getmir, tullanır, rəqs edir, bir ayaq üstdə dayanır, hətta arxası üstdə uzanır. Aşağıda yüzlərlə insan nəfəslərini dərmədən bu inanılmaz səhnəyə tamaşa edirlər. Yalnız yağış başlayandan sonra Filipp Peti öz çıxışını dayandırır və… polis tərəfindən həbs olunur. Ona qarşı bir sıra ittihamlar irəli sürülür. Amma prokuror Nyu Yorkun Mərkəzi parkında uşaqlar üçün pulsuz tamaşa göstərməsi şərtilə bütün ittihamları ləğv edir.

2015-ci ildə Filipp Peti haqqında “Gəzinti” (The Walk) bədii filmi çəkilib. Filmə baxanda adam birtəhər olur, hərçənd bilirsən ki, real çəkiliş deyil.

Filipp Petinin hazırda 77 yaşı var.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İran əsas kozırını itirir

redaktor

Mərkəzi Asiya dövlətlərində hicab və uzun saqqal qadağası

redaktor

Türkiyənin dostu və düşməni kimdir – ASAL Araştırma sorğusu Azərbaycan narahat olmalıdır?

admin