Sən demə, Ukrayna Kreml üçün heç də kifayət deyilmiş. ABŞ-dan fürsət alması ilə Rusiya indi də Finlandiyanı NATO-dan çıxmağa, NATO-nu isə Estoniya, Latviya, Litvadan hərbi bazalarını çıxarmağa məcbur etmək istəyir. Gör, işə bax!
Bu cür tələblər bu son danışıqlarda Rusiyanın “yeni Avropa təhlükəsizlik qaydası” layihəsində yer alıb.
Və bu iştah hələ hamısı da deyil. Kreml iştahı eyni anda bir neçə ölkələrə də şamil olunur:
– Ukrayna: NATO-dan imtina, Kiyevin nəzarəti altındakı ərazilər də daxil, bütün Donbası Rusiyaya təhvil vermək, Odessa və Nikolayev silahsızlaşdırmaqla AB-yə üzvlük mümkündür.
– Moldova: ölkənin Qaqauziya və Dnestryanı ilə federasiyaya (yəni ayrılma hüquqlu) çevrilməsi. Bu bölgələrə Moldovanın AB-yə daxil olması ilə bağlı müstəqillik referendumu keçirilə bilər.
– Finlandiya və Baltikyanı ölkələr: Finlandiya NATO-dan çıxsın və Alyansın üç Baltikyanı dövlətdə hərbi bazalarının qadağan edilməsi.
Bəs qarşılığında nə verirmiş Rusiya?
Moskva Belarusdan nüvə silahlarını çıxarmaq, orada orta mənzilli raketlərin yerləşdirməkdən imtina etmək, Rus qoşunlarını Dnestryanıdan çıxarmaq. Vəssalam.
Təbii ki, Rusiyanın bu sərsəm iştaha maniyası Ukrayna prezidenti Zelenski və Avropa liderləri tərəfindən rədd edilib. Kreml reallıqdan uzaqda özünü elə aparır ki, sanki bütün dünyaya qələbə çalıb, bəyan etdiyi kimi Kiyevi 3 günə alıb… Elə bil 5 illik savaşla hələ də Donbasda qalan deyil.
Bir əsas məsələ də var ki, belə iştaha maniyası ilə Rusiya, Kreml yalnız bunlarla kifayətlənərmi? Sonra “SSRİ planı” ilə digər ölkələrə keçməzmi?
