HadisəŞikayət

Niyə Gəncədə sakinlərinin şikayəti təmin olunmur?

Gəncə Şəhər M.Hacıyev qəsəbəsinin sakinlərinin şikayəti təmin olunmur…

Gəncə Şəhər M.Hacıyev küçəsinin sakinlərinin istirahət yeri kimi nəzərdə tutulan ərazidə tikinti işləri aparılmasının qarşısı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən alınıbdır.

Lakin 2025 ci ilin sentyabr ayında sökülmüş tikintinin daşları hələdə sözü gedən ərazini əhatə edir. Tikinti söküləndən sonra daşlar (kubiklər) ərazinin dörd bir tərəfinə yığılaraq sakinlərin gediş-gəlişinə ciddi problemlər yaradır. İstirahət üçün nəzərdə tutulan ərazidə sökülmüş tikintinin ətirafını və tikintinin içinə zibil tökütlər. Bu da sakinlərin narazılığına səbəb olur. Ombudsmanın məktubuna cavab olaraq Gəncə İcra Hakiniyyəti  bildirib ki, qanunsuz tikilinin qarşısı alınıb, tikinti daşları sökülübdür.

Amma həmin ərazidə bir ildən artıqdır ki, sökülmüş tikinti daşları qanunsuz tikintinin dörd bir tərəfinə düzülərək sakinlərin istirahət yerini və gediş-gəlişlərinə ciddi maneçilik törədir. Çox sayılı sakinlərin müraciəti odur ki, söküntüsü aparılmış tikintinin daşları ərazidən yığışdırılsın.

 

Sabina Babanli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Məkkə səmasında pilotsuz təyyarə vurulub

redaktor

Kiçik Trampın toy xərclərini Putinə yaxın rusiyalı oliqarx ödəyib

admin

“Abzas Media” jurnalistləri həbsdən yazır: “Savadsız olmaq kor olmaqdır. “Baxarkor” deyirlər. Baxırsan, görürsən, amma korsan”

admin