CəmiyyətGündəmQalmaqal

Cahangir Əsgərovun qızı Çelsidə 7,5 milyon dollara əmlak alıb

Dövlət subsidiyaları ilə idarə olunan AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu ili iyunun 30-da Çelsidə Duqlas Kent Uolladan 7,5 milyon dollara əmlak alıb.

Söhbət Manhettenin Chelsea rayonunda, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir.

Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu MRCRI Prop LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Uollanın sahibi olduğu Marlborough Gallery ilə əlaqəli Marlborough Real Estate LLC olub.

Ümumi sahə 434.6 kvadrat metrdir.

Əmlak biznes istifadəsi, böyük ehtimalla Gazelli Art House üçün alınıb.

Duqlas Uolla Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kuratordur.

 

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Biri var hörməti olmaya, biri də var zəhləsi gedə

redaktor

Qazi iki dəfə özünüqəsdə cəhd edib

admin

Ay qapısının kəndarında məşq

admin