29.6 C
Bakı
06 Avqust 2026 16:45
DünyaSiyasət

Oktyabr-noyabr ayları azı 2 ölkədə – ABŞ-da və İsraildə çox maraqlı keçəcək

İsraildə 27 oktyabrda, ABŞ-da 4 noyabrda parlament seçkiləri olmalıdır.

İsraildə parlament seçkilərində 50%-dən çox səs toplayan partiyanın sədri baş nazir təyin olunur. Qalib gələn, lakin 50%-dən az səs toplayan partiya koalisiya hökuməti təşkil etmək hüququ qazanır. İsrail İran müharibəsində qalib gəlsəydi, Likud partiyası seçkilərdə tam qalib gələcək və Netanyahu yenidən (bəlkə də ömürlük) baş nazir seçiləcəkdi. Bununla da onun və arvadının cinayət işləri bağlanacaqdı. Amma İsrail İranda zibilə düşdü…

Çox böyük ehtimalla Likud nəinki 50%-dən çox, heç adi çoxluğu da toplaya biməyəcək. Deməli, Netanyahu baş nazir postunu təhvil verməli və arvadı ilə birlikdə ömürlərinin sonunadək həbsxanaya köçməli olacaqlar. Netanyahu vəziyyətdən çıxmaq üçün min oyundan çıxır: İranla müharibəni yenidən qızışdırmaq istəyir, seçkini təxirə salmaq və ya onun nəticələrini ləğv etmək üçün hüquqi proseduralar yaradır, seçkilərə yaxın ölkədə fövqəladə vəziyyət elan etməyə hazırlaşır…

Belə getsə, oktyabr ayında İsraildə vətəndaş müharibəsi başlaya bilər.

🇺🇸 ABŞ-da vəziyyət gərgindir. Düzdür, Konqresə aralıq seçkilər Trampın özünə birbaşa təsir etmir, lakin seçkilərdə respublikaçılar uduzsalar, demokratlar Trampın başına oyun açacaqlar. ABŞ İranda qalib gəlsəydi, respublikaçılar seçkilərə triumfator kimi gedəcək və tam qələbə qazanacaqdılar. İndiki vəziyyətdə isə ABŞ-ı zibilə salmış partiyanın qalib gəlmə şansı cüzidir.

Artıq respublikaçılar da qəbul ediblər ki, Konqresin Nümayəndələr Palatasında çoxluğu itirəcəklər. Əgər onlar Senatda da çoxluğu itirsələr, çox güman ki, Tramp impiçment ediləcək və sonradan həbs ediləcək. Hətta yalnız aşağı palatanın da respublikaçılar tərəfindən itirilməsi Trampın əl-qolunu bağlamaq üçün kifayətdir.

Tramp başa düşür ki, partiyası adi qaydada qalib gələ bilməyəcək – yanacaq qiymətləri qalxıb, inflyasiya artıb, sənaye istehsalı düşüb, işsizlik azalmayıb, fermerlər məhsullarını sata bilmirlər, Trampın başı İrana qarışıb, onun üçün İsrail ABŞ-dan əziz olub və s. Buna görə də o, texniki üsullarla – demokratların elektoratını azaltmaqla qalib gəlmək istəyir:
➖ miqrant ovunu gücləndirib;
➖ müvəqqəti yaşayış izni almış yüz minlərlə insanın iznini ləğv edərək, deportasiya edir;
➖ poçtla səsverməni məhdudlaşdırmağa çalışır;
➖ şəxsiyyəti təsdiq edən sənədi olmayanın səsverməyə buraxılmamasına çalışır;
➖ səsvermə məntəqələrində ICE məmurlarını saxlayacaq (miqrantlar məntəqəyə yaxınlaşmağa qorxsunlar);
➖ seçki məntəqələrinin sərhədləri dəyişdirilir (gerrymandering);
➖ elektron səsverməni məhdudlaşdırmağa çalışır;
➖ seçki siyahılarını federal səviyyədə təsdiq etmək (bu ştatların səlahiyyətindədir) və siyahıda olmayanların seçkilərə buraxılmamasını istəyir və s.

Onun bu istiqamətdə fərmanlarının çoxu məhkəmələr tərəfindən ləğv edilir və ya qüvvəsi dayandırılır. Lakin Tramp hər hansı başqa yolla istədiklərinə nail olmağa çalışır. İndidən o, təbliğatını elə qurub ki, respublikaçılar seçkidə məğlub olsalar, nəticələrini qəbul etməyəcək – onların saxtalaşdırıldığını deyəcək. Bundan sonra ABŞ-da vəziyyət vətəndaş müharibəsi həddinə çata bilər.

Bu ehtimalı nəzərə alaraq, Tramp Daxili İşlər Nazirliyinə, Pentaqona, ICE-a (bunlar silahlı qüvvələrdir), həmçinin Baş prokurorluğa şəxsən ona sadiq olan yaltaq şəxsləri təyin edib. Bu adamlar Trampın istənilən əmrini sorğu-sualsız yerinə yetirəcəklər.

Məncə, Tramp saxtakarlıqla da olsa, respublikaçıların qalib gəlməsinə çalışacaq. Buna nail ola bilməsə, seçki nəticələrini qəbul etməyəcək. Bunun üçün zəmin yaradıb – deyə bilər ki, seçkilərdə kütləvi şəkildə ABŞ vətəndaşı olmayanlar iştirak ediblər, poçtla səsvermə bülletenləri saxtalaşdırılıb və s.

Seçki nəticələrinin ləğv edilməsinə qarşı etiraz edənlərə qarşı ICE və milli qvardiyadan istifadə edə bilər. Onlar artıq miqrantlara qarşı amansız reydlərdə sınaqdan çıxarılıblar. İğtişaşlar müddətində ölkədə fövqəladə vəziyyət elan edə və həmin müddət ərzində növbəti seçkilər keçirməyə bilər.

Və ya seçkilərə qədər ABŞ-da “gözlənilmədən” hər hansı dəhşətli terror ola bilər. Hökumət ölkədə silsilə terror təhlükəsi olduğunu bəyan edib, fövqəladə vəziyyət elan edə və seçkiləri təxirə sala bilər. Sonra da Tramp diktaturasını rahatlıqla qura bilər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə apelyasiya məhkəməsi başlayıb

redaktor

Həsən Ruhani: Bir yığın cahil İmam Zamanın zühurunu bəhanə edərək müharibəni alovlandırırlar

redaktor

Türkiyəli diplomat: “Azərbaycan sülh sazişini Konstitusiya məsələsini sonraya saxlayaraq imzalaya bilər”

admin