Bir Rafiq Tağı var idi…
Bu gün Ustadın doğum günüdür…
İllər öncə yazdığım bir yazıyla xatırladım Rafiq Tağı yaddaşını…
Həqiqətən bu cəmiyyətdə insan olmaq rəzillik imiş. Ziyalı( Şəxsiyyət) mundirini əyninə geyinmək boynunu kəndirdən asmaq imiş…
Bütün bunları trafalet nəzəriyyələr üçün demirəm…
Və biz o Ziyalıdan söz açırıq ki…O bir cəmiyyətin nümunəsidir, bir məktəbin təhsilidir. Bir ölkənin mədəniyyətidir. Bax, şəxsiyyətin ölçüləri bu olmalı gərək, əfəndim…
İndi Rafiq Tağı bu ölçülərə nə qədər gələ bildi və ya gələ bilmədi. Mən bunları söyləməkdə mahir deyiləm. Bunu zamanla görəcəyik…
Şübhəsiz ki…Cəmiyyət varsa hadisələr ləbüddür…Ancaq gəlin görək biz bu hadisələrin içində hansı rənglərdəyik.
Başlayaq yaxın keçmişdən mərhum yazıçı Rafiq Tağının bıçaqlanmasından.
Bu faciə ilə bağlı məqsədimiz cinayət obyektini axtarmaq deyil…Bu aidiyyatı təşkilatların öhdəliyindədir.
Rafiq Tağının yolundan da söz açmaq istəmirəm.
Bu hər kəsə məlumdur və ayrı mövzudur.
Mənim üçün azadlığın səsi doğmadır…
Bir yazıçını, bir insanı küçənin ortasında bıçaqladılar və haqq səsini əlindən aldılar…
Mən bilmirəm bunu söyə-söyə məhşurlaşdırdığımız cahillik etdi. Yoxsa hər hansısa bir siyasi dairə.
Bu faciənin üstü Rafiq Tağının gözləri kimi örtüldü.
Bəs biz neynədik cəmiyyət olaraq?!
etiraz etdikmi. İctimai rəy formalaşdımı. Yox. İctimai şəxslər( fərdlər) adların altında başın gizlədi…Cəmiyyət isə bir az da özündən qaçdı…. İstisnalar həmişə olduğu kimi
Beş-üç nəfər oldusa onlar da hərəsi bir yolla bıçaqlandı. Biri çörəklə, biri Həqarətlə…Biri azadlıqla…İndi biz hər gün Rafiq Tağıyıq. İstər küçədə istər yaşantılarımızda istərsə də düşüncələrimizdə bıçaqlanırıq….
Hələ məsələ nəyəsə qarşı çıxmaqda deyil, məsələ birlik ola bilməkdir.
Milli kimliyinə yiyələnə bilməkdir.
Bu ən sadə şəkildə də belədir. İstənilən bir İdeya başında da.
Bütün mübarizələrdə sən öncə nə istədiyini bilməlisən. Və azadlığını tanımalısan sonra onu əldə etməlisən…Geri qalan qarhaqurdur.
Etiraz etmək təkcə özündən qorxmamaq qabiliyyəti deyildir. Bu həm də zəka məsələsidir !
Bu günlərdə ABŞ-da bir qaradərilinin ölümünə milyonlarla qaradərili etiraz etdi…Bax, budur kimlik mübarizəsi, kimlik nümunəsi…
Mən demirəm amerikan olaq, fransız olaq ! Yox, özümüz olaq. Başımız üstümüzdə, psixologiyamız yerində…
Kaş ki… İxtişaşlar adı altında haqlarımızı istəyənlər təkcə məqsədi bu olardı…
İlahi, görəsən biz nə vaxtsa bəzəksiz-düzəksiz, haysız-küysüz. Etiraz səsimizə çata biləcəyikmi ?!
Bir filosof yazırdı…Sizi öldürmək istəyənlər fikirindən daşına bilər, amma çiyin yoldaşlarınız, qələm yoldaşlarınız bundan qərarlı olmasa.
Rafiq Tağı teologiyanı tanımırdı. O, tapdığı yeni Tanrısında boğulurdu. Bəlkə o tanrı Rafiq Tağını dünya ədəbiyyatına, Azərbaycana üz ağlığı gətirəcəkdi. İmkan vermədiniz.
Sən boğulan zaman Allahı axtarmırsan. Tək istədiyin səni batmaqdan qurtaracaq istənilən bir xilas əlidir. Allah hər yerdədirsə, bəs qaranlıq küçədə Allahın üstündə öldürdüyünüz Rafiqi niyə Allah xilas etmədi?
Satmayın, Rafiq Tağıları…Öldürməyin gələcəyimizi !
