İranın sabiq ali rəhbəri Əli Xameneinin dəfn mərasimində 100-dən çox ölkənin rəsmi nümayəndəsi iştirak etdi. 6 ölkə (Pakistan, Tacikistan, İraq, Ermənistan, Türkmənistan və Gürcüstan) mərasimə dövlət və ya hökumət başçıları, 12 ölkə (Azərbaycan, Banqladeş, Belarus, Misir, Qətər, Qırğızıstan, Özbəkistan və s.) parlament rəhbərləri, başqaları dövlətin 2-ci şəxsləri və müxtəlif nazirlər səviyyəsində qatılmışdı. Mərasimdə dünənəcən İranın ideoloji düşməni olan S.Ərəbistanının rəsmiləri də iştirak edirdilər.
İran ABŞ və İsrailin hərbi əməliyyatlarını dəstəkləyən Qərb və Avropa dövlətlərinin rəsmilərini dəfn mərasiminə dəvət etməmişdi.
ABŞ-ın müharibə apardığı, əsas düşmənlərindən biri hesab etdiyi, hələ də ABŞ-la müharibə təhlükəsinin qaldığı, regionda ABŞ-a meydan oxuyan, “Amerikaya ölüm!” şüarları səsləndirilən ölkədə ABŞ-ın düşmən hesab etdiyi və öldürdüyü şəxsin dəfn mərasimində bu qədər ölkənin rəsmi şəxslərinin iştirak etməsi qəribə deyilmi? Belə bir hadisəni əvvəllər təsəvvür etmək olmazdı – ABŞ-ın düşməninin dəfnində iştirak etməyə kim cəsarət edərdi?
Bu hadisə özü açıq-aydın göstərir ki, ABŞ artıq çökməkdə olan supergücdür, İran isə ən azı regional güc kimi tanınır.
Mərhumla rəsmi vida mərasimi ABŞ-ın müstəqilliyini bəyan etməsinin 250 illik yubileyi ilə eyni tarixə salınmışdı – düşünmürəm ki, bu təsadüf idi.
Müharibənin nəticələri İranı beynəlxalq təcriddən çıxartdı, islam dünyasının, islam ölkələrinə qarşı onillərdir maneəsiz davam edən qlobal təhdidə qarşı dirəniş cəbhəsinin faktiki liderinə çevirdi.
