DünyaMuharibəSiyasət

Bir ölkənin insanları və sərvəti axmaq avantüraya qurban edilir…

Ukrayna PUA-ları bu gün Krasnodarda, Ufada neft zavodlarını vurub. Aylardır, Moskva da daxil olmaqla ölkənin bir sıra ərazilərində, eləcə də işğal altında olan Krımda neft infrastrukturu zərbələr altındadır.

Nəticədə Rusiya neft məhsulları istehsalının 25-30 faizini itirib. Ukrayna prezidenti V.Zelenski bu gün bildirib ki, zərbələr Rusiyanın hücum potensialını məhv etmək üçün həyata keçirilir və əgər ağlabatan sülh razılaşması olmasa, davam etdiriləcək.
Düşündürücü suallardan biri odur ki, təkcə son 1 ildə Rusiya milyardlarla dollar dəyəri olan strateji müəssisələri itirib, onlar xalqın gözü qarşısında yanıb külə dönüb. Bu zavodlar Rusiya dövlətinə, xalqına məxsus sərvətlərdir, onların inşaasına nəhəng vəsaitlər, sərf olunub, ən əsası onilliklər ərzində böyük zəhmət hesabına dövlətin iqtisadi gücünün əsas dayaqları yaradılıb.

Amma Kremldəki rejimin heç nə vecinə deyil, yüz minlərlə gənci axmaq avantüraya necə qurban edirlərsə, xalqın sərvətinin yanıb kül olmasına da eləcə tamaşa edirlər.
Ruslar ayılanda çox gec olacaq, lələ köçüb, yurd ağlayacaq…

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya öz hava məkanına nəzarəti edə bilmir.

admin

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

redaktor

Duqinin qızı necə qətlə yetirilib? – Detallar bəlli oldu

admin