Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ötən ilin avqust ayında Ankoricdə keçirilən Rusiya və ABŞ liderləri arasında Ukrayna böhranının siyasi həlli ilə bağlı əldə edilən razılaşmalara sadiq qalır.
“Ötən ilin avqust ayında Rusiya və ABŞ liderləri Rusiya-Ukrayna böhranından çıxış yolları ilə bağlı bir sıra razılaşmalara nail oldular. Biz bu anlaşmalara sadiq qalırıq”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əmin edib.
“Top bu gün meydançamızda deyil, baxmayaraq ki, onlar getdikcə daha çox topu, hazırda məşhur olan Dünya Kubokunun dili ilə desək, ofsayd mövqeyindən bizə ötürməyə çalışırlar. Bu, kifayət etməyəcək”, – deyə o bildirib.
Lavrov həmçinin bildirib ki, Rusiya kağız üzərində verilən vədlərə etibar etmək niyyətində deyil və Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı müvəqqəti həllərə və ya ultimatumlara razılaşmayacaq. Bununla belə, o, münaqişənin hələ də siyasi və diplomatik yollarla həll edilə biləcəyini iddia edib.
