DünyaSiyasət

Ras-Laffan partlayışı: qəza, yoxsa geosiyasi diversiya?

Dünən axşam Qətərin şimalındakı Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) zavodunda elə güclü partlayış baş verdi ki, səsi ölkənin bir neçə şəhərində eşidildi. İlkin məlumatlara görə partlayış nəticəsində 13 nəfər ölüb, 65 nəfər yaralanıb. Heç 40 günlük müharibə zamanı Qətər İranın raket-dron zərbələrindən bu qədər insan itkisi verməmişdi. Rəsmi məlumata görə, partlayış müharibə ilə bağlı zavodun uzun müddət dayanmasından sonra yenidən işə salınması zamanı texniki nasazlıq nəticəsində baş verib.

Qətər LNG istehsalı həcminə görə dünya lideridir – 14 istehsal xətti üzrə ildə 77 milyon ton. İstehsal xətlərinin istehsal gücü tikilmə vaxtından asılı olaraq illik 3,3-7,8 milyon ton arasındadır. Müharibə zamanı İran 6 ən güclü xəttdən 2-sini partlatmışdı. Bu da Qətərin illik istehsalını ~13 milyon ton azaldır. Həmin xətlərin bərpası 3-5 il çəkəcək.

İndi isə azı bir xətt də sıradan çıxdı. Hansı gücdə olan xəttin sıradan çıxdığı hələlik məlum deyil.

Sadəcə, maraqlıdır: həqiqətənmi partlayış texniki nasazlıqdan baş verdi, yoxsa bu terror və ya diversiya hadisəsidir. Nədənsə Qətər bu hadisənin terror olmadığı barədə çox tez nəticə çıxartdı.

Məncə, diversiya ehtimalını hələ tam inkar etmək tezdir. Bəs diversiyadırsa, bunda kim(lər) maraqlıdır? Yəni motiv nə ola bilər?

Çox ölkənin motivi ola bilər, bundan başqa diversiyanı həyata keçirmək imkanı da olmalıdır. Bunları nəzərə almaqla mən 2 ölkəni şübhə altına alıram: ABŞ-ı və İsraili.

 ABŞ

Motiv: ABŞ Qətərdən sonra ən böyük LNG istehsalçısıdır və istehsal gücünü artırmaqda davam edir. Onun Avropa bazarında əsas rəqibi Qətərdir. Qətəri bu bazardan sıxışdıra bilsə, Avropa tam ABŞ LNG-sindən asılı olacaq (Rusiyanı sanksiyalarla çıxardıblar).

Üstəlik, Qətər sıradan çıxmış xətləri bərpa etmək üçün də ABŞ-dan milyardlarla dollara avadanlıq almalıdır. Yəni ABŞ hər tərəfdən uduşdadır.

Bir amili də nəzərə alın. Qətər bu gün ABŞ-dan çox Türkiyənin müttəfiqidir. Qətər müharibədə kəskin anti-İran mövqeyi nümayiş etdirmədi və gələcək təhlükəsizliyini yavaş-yavaş ABŞ-a yox, region ölkələrinə bağlamağa çalışır. Buna görə də ABŞ Qətərə “xəbərdarlıq” etməlidir.

İmkan: LNG zavodlarının hamısını ABŞ şirkətləri tikiblər və texniki xidməti də onlar göstərirlər. Əlbəttə ki, bu xətlərin yenidən işə salınması amerikalı mütəxəssislərin (avadanlıq təchizatçılarının) nəzarəti altında həyata keçirilməli idi… Növbəti xətlərin də partlamayacağına kim təminat verə bilər? Yəqin ki, Qətər rəhbərliyi də bu haqda düşünür.

İsrail

Motiv: Qətər bütün təxribatlara baxmayaraq, nəinki İsrailin istədiyi kimi İrana qarşı müharibəyə girmədi, hətta İsraili regionda xaos yaratmaq cəhdində tənqid etdi, Livanı işğalına son qoymağı tələb etdi. İsrail onsuz da HƏMAS-la yaxşı münasibətlərinə (sponsorluğuna və siyasi sığınacaq verdiyinə) görə Qətərlə “qanlıbıçaq” idi. İsrailin keçən il Dohada HƏMAS elçilərinə uğursuz raket zərbəsi endirməsini xatırlayırsınız, yəqin: https://www.facebook.com/share/1B4acywy6L/

İmkan: Ərəb ölkələrində İsrail ən sıx agentira şəbəkəsinə malikdir. Hətta bərpa işlərinə cəlb olunan amerikalı mütəxəssislər arasında da İsrail casuslarının olduğunu ehtimal etmək olar. Müharibə vaxtı da İsrail agenturası Qətərdə “özgə bayraq altında” müxtəlif təxribatlar həyata keçirirdi.

Görünür, regionun gələcəyi (kimin kimdən asılı olacağı) uğrunda mübarizə başlayıb artıq. Məncə, qarşıda Yaxın Şərqdə hələ çox partlayışların, terror hadisələrinin şahidi olacağıq.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Məlahət İbrahimqızı: “İranın nə həddinədir ki, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etsin?”

redaktor

İsrail bacarmadı, çökür: Blinken Ankaraya gəldi ki…

admin

Kiyevdən Ağ Evə daha BİR ŞƏRT – “Sazişi bu halda imzalaya bilərik”

redaktor