Deyəsən bu, cənab Tramp İran moıla rejimini, onun külli tərəfdarlarını hələ çox sevindirib də, çox da məyus edəcək. İran tərəfin neçə gündü ortaya atdığı 14 mad-lik memorandum dünən G7 sammitində D. Tramp tərəfindən laxladıldı:
“Bu, anlaşma memorandumudur. Əgər xoşuma gəlməzsə, onları atəşə tutub, bombalayacağıq. Əgər xoşuma gəlməsə və onlar (yəni İran tərəf) pis davransa, onları bomba-atəşə qayıdacağıq.”
Görünür, Trampın özü Memorandumla yalnızca qeyri-müəyyən şəkildə tanışdır. Və bu arada da İran rəhbərliyinə qarşı tonunu dəyişib. Həftənin 2-ci günü səhər İranı belə yaxşı tərifləyirdi: “İndi, əslində, İran hakimiyyətində üçüncü bir qrup var və bu üçüncü qrup daha ağıllı anlaşıqlı görünür.”
Lakin axşama yaxın Amerika prezidenti bu yeni iranlıların – başına bomba atmağa hazır olduğu barədə bəyan etdi. Bu, iki-üç günün dəyişkənliyi olaraq, görün qarşıdakı 60 gün müqavilə təsdiqi müddətində nələr dəyişər, nə küləklər əsə bilər! Görünür Tramp İranı üzücü-yorucu taktika seçir.
Sabah ABŞ tərəf memirandumu açıqlamalıdır, görək fərqli nə var, İrana nə şərtlər irəli sürülür.
P. S Tramp, onun komanda üzvləri memorandumu hələlik yalnız 60 günlük niyyət olduğunu, onun müddəalarının İranın özünü “yaxşı aparacağı” təqdirdə təsdiq olunacağını sərt vurğulayırlar.