24.5 C
Bakı
18 İyun 2026 10:29
DünyaSiyasət

Trampın dəyişən tonu: tərifdən təhdidə

Deyəsən bu, cənab Tramp İran moıla rejimini, onun külli tərəfdarlarını hələ çox sevindirib də, çox da məyus edəcək. İran tərəfin neçə gündü ortaya atdığı 14 mad-lik memorandum dünən G7 sammitində D. Tramp tərəfindən laxladıldı:

“Bu, anlaşma memorandumudur. Əgər xoşuma gəlməzsə, onları atəşə tutub, bombalayacağıq. Əgər xoşuma gəlməsə və onlar (yəni İran tərəf) pis davransa, onları bomba-atəşə qayıdacağıq.”

Görünür, Trampın özü Memorandumla yalnızca qeyri-müəyyən şəkildə tanışdır. Və bu arada da İran rəhbərliyinə qarşı tonunu dəyişib. Həftənin 2-ci günü səhər İranı belə yaxşı tərifləyirdi: “İndi, əslində, İran hakimiyyətində üçüncü bir qrup var və bu üçüncü qrup daha ağıllı anlaşıqlı görünür.”

Lakin axşama yaxın Amerika prezidenti bu yeni iranlıların – başına bomba atmağa hazır olduğu barədə bəyan etdi. Bu, iki-üç günün dəyişkənliyi olaraq, görün qarşıdakı 60 gün müqavilə təsdiqi müddətində nələr dəyişər, nə küləklər əsə bilər! Görünür Tramp İranı üzücü-yorucu taktika seçir.

Sabah ABŞ tərəf memirandumu açıqlamalıdır,  görək fərqli nə var, İrana nə şərtlər irəli sürülür.

P. S
Tramp, onun komanda üzvləri memorandumu hələlik yalnız 60 günlük niyyət olduğunu, onun müddəalarının İranın özünü “yaxşı aparacağı” təqdirdə təsdiq olunacağını sərt vurğulayırlar.

Mənbələr: https://www.google.com/amp/s/www.svoboda.org/amp/tramp-prigrozil-novymi-udarami-po-iranu-esli-emu-ne-ponravitsya-soglashenie/33783153.html@

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında 46 milyon amfetamin həbi ələ keçirilib

redaktor

ABŞ Ukraynaya dəstəyini davam etdirəcək – Bryus

redaktor

Dağıstanda Azərbaycan və İrandan gətirilmiş 245 tondan çox xəstəliyə yoluxmuş məhsul aşkarlandı

redaktor