23.8 C
Bakı
08 İyun 2026 21:50
DünyaSiyasət

Raşizmin təbliğatında iştirak etməyin!

Raşizmin əsas sözçülərindən biri olan Mariya Zaxarovanın Ermənistanda keçirilən seçkilər zamanı demokratik prosedurların kobud şəkildə pozulması haqqında açıqlamasını oxuduqda böyük dövlət xadimi Uinston Çörçillin “əgər Hitler cəhənnəmə hücum etsəydi, İcmalar Palatasında şeytan barəsində nəsə xoş bir söz deyərdim” fikirini xatırladım.

Ermənistanda keçirilən parlament seçkilərinin demokratik prosedurların pozulması haqqında danışmağa siyasi və mənəvi haqqı olan ən sonuncu ölkə Rusiyadır. Erməmistanda seçkilərin müxalifətə və kilsəyə qarşı “sərt repressiyalar” şəraitində keçdiyini, təqiblərin isə Rusiya ilə daha güclü əlaqələr və Avrasiya inteqrasiyası tərəfdarı olan qüvvələrə yönəldiyini bəyan edən Zaxarova ötən il Rusiyada 478 nəfərin əsassız ittihamlarla dövlətə xəyanətdə və casusluqda ittiham olunaraq məhkum edilməsini ört-basdır etməklə məşğuldur.

Şərqi Avropa ölkələrində represiyaların tədqiqatını həyata keçirən Parubets Analytics Analitik Mərkəzinin araşdırmasına görə, 2025-ci ildə Rusiya məhkəmələri “dövlətə xəyanət”, “casusluq”, “əcnəbilərlə məxfi əməkdaşlıq” və “düşmənə kömək etmək” maddələri üzrə hər iş günü orta hesabla iki hökm çıxarıblar. Bu 2024-cü illə müqayisədə cinayət təqiblərinin 24 faiz artddığını göstərir. Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (Dövlətə xəyanət) üzrə 376 nəfər, 276-cı maddəsi (Casusluq) ilə 58 nəfər, 275.1-ci maddəsi (Əcnəbilərlə məxfi əməkdaşlıq) üzrə 38 nəfər, 276.1-ci maddə (Düşmənə kömək) ilə bir nəfər məhkum olunub.

Araşdırmalar göstərib ki, Rusiya prokurorluq orqanları müntəzəm olaraq işləri daha yüngül maddədən 275-ci maddəyəi (Dövlətə xəyanət) təsnif ediblər.
Bütün bunlardan sonra Zaxarovanın Ermənistanda keçirilən seçkilərin demokratikliyini ölçməyə çalışması raşizmin qorxunc olduğu qədər də şərçi bir rejim olduğunu göstərir.

Faşist Almaniyasının Böyük Britaniyaya hücumundan öncə Uinston Çörçill demişdi ki, əgər Hitler İngiltərəyə hücum etsə, parlamenti şeytanla müqavilə bağlamağa razı salmağın bir yolunu tapacağam.
Ermənistanın işğalçıklıq və düşmənçilik siyasətindən ağır zərərlər çəkmiş xalqımızın Ermənistana və ermənilərə yönəlik tənqidlərə sevinmək haqqı var. Ancaq bu gün bizim vəziyyətimiz – “əgər Hitler cəhənnəmə hücum etsəydi, İcmalar Palatasında şeytan barəsində nəsə xoş bir söz deyərdim”-deyən Uinston Çörçillin vəziyyətinə çox oxşayır.
Raşizmin təbliğatında iştirak etmək, bəşəriyyətə qarşı cinayətdə iştirak etməkdir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb.

admin

Şoltsun rezin çəkmələri qəzəbə səbəb oldu

redaktor

Xamenei Paşinyanla soloxay görüşdü – Diqqətçəkən video

redaktor