Məncə, İsrailin Beyrutu dünənki bombardmanı Trampla razılaşdırılmışdı. Livanda atəşkəsə nail olmaq İranın ABŞ-dan əsas tələblərindən biridir.
Beyrutu bombalamaqla İranın reaksiyası yoxlanılırdı. İranın iki reaksiyası ola bilərdi:
Passiv reaksiya – bu hərəkəti qınamaq və dayandırmağı tələb etmək.
Aktiv reaksiya – cavab atəşi açmaq.
Passiv reaksiya olsaydı, bu İranın ABŞ-la atəşkəsi pozmaqdan qorxduğunu göstərən siqnal olacaqdı. Bundan sonra İsrail Beyrutun bombardmanını gündən-günə yavaş-yavaş gücləndirəcəkdi. Bu da İranın müqavimət cəbhəsində nüfuzuna böyük zərbə olacaqdı. Loru dildə desək, müqavimət cəhbəsində deyəcəkdilər ki, biz burda qırılırıq, İran isə orda ABŞ-la dil tapmağa çalışır.
Aktiv reaksiya olsaydı, İranın haranı hədəf alacağını gözləyirdilər. İran yenə Körfəz ölkələrini vursaydı, bu da onun əleyhinə işləyərdi. Çünki ABŞ özünü elə aparır ki, guya İsrail Beyrutu ondan xəbərsiz bombalayıb və Tramp bunun əleyhinədir. Belə olan halda İranın Körfəz ölkələrini bombalamağı ədalətsiz olardı – axı onlarda İsrailin hərbi obyektləri yoxdur.
İran yeganə düz reaksiyanı seçdi – İsrailə xəbərdarlıq xarakterli raket zərbəsi endirdi. Bu Epşteyn cütlüyü üçün ən arzuolunmaz reaksiya olduğundan eskalasiyanı yüksəltmədilər. Çünki eskalasiyanı yüksəltmək üçün kifayət qədər sursatları yoxdur. İrana hələlik cavab verməməyə məcburdurlar.
İsrail bunu guya Trampın zənginə əsasən etdi. Bu da, yəqin ki, əvvəlcədən danışılmışdı. ABŞ atəşkəsin pozulmasında “iştirak etmir” ki, hadisələrin axarı İsrailin xeyrinə getmədikdə Tramp zəng edib, ondan vəziyyəti gərginləşdirməməyi “xahiş etsin”.
Cütlüyün planı bu dəfə də alınmadı…
Amma hələ çox təxribatlar olacaq. Onlar verdikləri sözə, imzaladıqları öhdəliklərə əməl etməyə öyrəşməyiblər.
