Bu gün faişizm üzərində qələbə qeyd olunur. 81 il əvvəl Sovet ordusu milyonlarla qurban verərək müttəfiqlərin böyük dəstəyi ilə nasist Almaniyasını məğlub edib, Berlinə qırmızı bayraq sancıb.
Qısaca xatırladaq ki, bu tarixdən cəmi 5 il əvvələ qədər nasistlər sovetlərin ən böyük müttəfiqi idi, Avropanı bölüşdürmək barədə razılaşıb hərəkətə keçmişdilər.
Avstriya, 1938-ci ildə Almaniyaya birləşdirildi.
Sudet vilayəti, 1938-ci ildə Almaniyanın nəzarətinə keçdi.
Çexoslovakiya, 1939-cu ildə faktiki olaraq dağıdıldı.
Polşa, Danimarka, Norveç, Belçika, Niderland, Lüksenburq, Fransa, Yunanıstan işğal edildi.
Yuqoslaviya isə 1941-ci ildə işğal edilərək parçalandı.
Sovet İttifaqı isə əsasən Almaniya ilə bağladığı Molotov–Ribbentrop Paktı çərçivəsində Şərqi Avropada ərazilər əldə etmişdi.
Şərqi Polşa, 1939-cu ildə SSRİ tərəfindən işğal edildi.
Estoniya, Latviya, Litva 1940-cı ildə SSRİ-yə birləşdirildi.
Bessarabiya bölgəsi Rumıniyadan alındı.
F Finlandiyanın bir hissəsi də 1939–1940-cı illər müharibəsindən sonra SSRİ-yə verildi.
Sonra H..tlerin iştahı böyüdü və 1941-ci ilin iyunun 22-də SSRİ-yə hücum etdi. ABŞ isə Avropaya və sovetlərə yardım edib Almaniyanın dünya hegomoniyasına böyük dəstək verdi. Belə ki, Lend-Liz proqramı çərçivəsində SSRİ-yə məhəng sayda tanklar, təyyarələr, yük maşınları, rabitə avadanlıqları, yanacaq və ərzaq göndərib.
Tarixçilərin fikrincə, bu yardımlar SSRİ-nin Almaniyaya qarşı müharibədə davam gətirməsində və ordunun logistikasının güclənməsində mühüm rol oynamışdı.
Dünya bu gün də faşizmdən əziyyət çəkir. Moskvada, Qırmızı meydanda əli Ukrayna xalqının qanına batmış hərbçilərin addımlaması qələbənin yox, faşizmin hələ ayaq üstə olmasının təcəssümüdü. Putin Rusiyası 80 il əvvəlki nasist Almaniyasının ölüvay davamçısıdır, 5 ildir Ukraynaya qarşı təcavüzkar müharibə aparsa da strateji baxımdan məğlub olub, milyondan artıq hərbçi itirib, iqtisadiyyatı darmadağın olub, dünyada izqoy dövlətə çevrilib.
Qələbə o zaman anlam kəsb edər ki, Rusiyadakı mövcud rejimin bitsin, Yaxın Şərqdə İsrailn müharibə cinayətlərinə son qoyulsun və Tramp hakimiyyəti iflas etsin. İranda öz cəmiyyətinə və ətrafa zəhər saçan rejiminin məhvi də bu sıraya daxildir.
Faşizm üzərində gerçək qələbəni görmək ümidi ilə…
