3 may bütün dünyada Beynəlxalq Media Azadlığı Günü kimi qeyd olunur. Hakimiyyət nə qədər çalışsa da, Azərbaycanda vicdanlı jurnalistlərin axırına çıxa bilməyib. Həmin jurnalistlərin əksəriyyəti həbsdədir. Mən onların qarşısında kepkamı çıxarıram. Bütün vicdanlı jurnalistlərin bayramını təbrik edirəm. Ümumiyyətlə, dünyada həbsdə olan jurnalistlərin 10 faizi Azərbaycanın payına düşür.
Azərbaycanda “siyasi ağlar” və “siyasi qaralar” var. Mən “siyasi qara” olduğum üçün 11 ildir həbslərə, işgəncələrə məruz qalıram. Çünki Azərbaycan hakimiyyəti hüquqa zidd, qeyri-demokratik bir hakimiyyətdir. Mən mazoxist deyiləm. Amma fəxr edirəm ki, Azərbaycanda olan 400 siyasi məhbusdan biriyəm.
