Cəmiyyətİqtisadiyyat

Vətəndaş “kredit vergisi” altında əzilir

Bəli, “de-jure” olmasa da, faktiki olaraq kredit faizləri “vergi” növüdür, yükdür.

Bu ilin ilk rübündə kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 27%-ə yüksəlib. Müqayisə üçün: 2025-ci ilin eyni dövründə kartla verilən kreditlər üzrə faiz dərəcəsi 25% təşkil edib.
Rüblük olaraq məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə isə 13% səviyyəsində formalaşıb. Müqaisə üçün: 2025-ci ilin birinci rübündə yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16% və avtomobil kreditləri üzrə isə 12% səviyyəsində idi.

İstehlak kreditlərinin ümumi həcmi 31 mart 2026-cı il tarixinə 9,5 mlrd. manat təşkil edib. Yəni, vətəndaşın tək istehlak kreditlərinə görə 10 mlrd. manata yaxın borc yükü və ölkədə uşaqlı-böyüklü hamını nəzərə alsaq, hər 3 nəfərdən birinin kredit borcu var. Kredit borcu olan vətəndaşların sayı, rəsmi əmək müqaviləsi ilə çalışan insanların sayından, hardasa, 500 min nəfər çoxdur.

Bu rəqəmlər ölkə iqtisadiyyatında iqtisadi alətlərin işləmədiyinin əyani sübutudur: Mərkəzi Bank doğru olaraq uçot faiz dərəcələrini aşağı salır – məntiqlə, kredit faizləri paralel olaraq ucuzlaşmalıdır, amma, ölkədə normal, hesab-kitabla ölçülə bilən, elmi yanaşma ilə izahı olan iqtisadi model olmadığına, iqtisadiyyat hüquqşünaslar tərəfindən “əl ilə” idarə olunduğuna görə kredit faizləri artır.
Başqa sözlə, bu iqtisadi model effektiv, sürdürüləbilən deyil…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Həbs etdiyiniz insanlara əlavə əziyyət verməkdən əl çəkin”

admin

Azərbaycan Ordusunun çinli əsgəri –”Qarabağ haqqında çox oxumuşdum”

redaktor

Sabiq vəzifəli şəxsin xanım işçisi ilə ağılagəlməz ƏMƏLİ

admin