Ermənistanda yeni Konstitusiyanın mətni açıqlandıqdan sonra siyasi toqquşmalar başlayıb. Mətndə Azərbaycana qarşı ərazi iddiaları yer almayıb.
Amma referendum keçirilməsi üçün Nikol Paşinyana parlamentdə 70 səs lazımdır. Onun isə tərəfdarları parlamentdə 64 yerə sahibdir. İndi əlavə olaraq müxalifətdən 6 səsə ehtiyac var.
Müxalifət isə bu layihənin Ermənistanı Azərbaycan və Türkiyənin təsiri altına salacağını bildirir.
Paşinyanın tək yolu müxtəlif üsullarla 6 müxalifət deputatını öz tərəfinə çəkməkdən ibarətdir. O, referendum qarşılığında baş nazir postundan imtina etməyə hazırdır: Xalq “hə” deyərsə, istefa verəcək, yox deyərsə,, gələn seçkilərdə baş nazir postundan imtina edəcək. (Bizim Yol)
