27.5 C
Bakı
18 İyun 2026 16:12
Cəmiyyətİqtisadiyyat

Banklar qazanır, əhali borclanır

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklara olan ümumi borcu 19 milyard 197 milyon manatlıq tarixi zirvəyə çatıb. Bankların verdiyi hər 3 manatdan təxminən 2 manatı birbaşa əhalinin (ev təsərrüfatlarının) payına düşür. (Ümumi kredit portfeli 30.1 milyard manatdır) Bu rəqəmin daxilində 9.4 milyard manatdan çox payı olan istehlak kreditləri ilk sırada dayanır. Yəni əhalinin gündəlik tələbatı, məişət texnikası və nağd pul ehtiyacları üçün götürdüyü borcların həcmi ümumi kredit portfelinin 31.4%-ni təşkil edir.
1 aprel 2026-cı il tarixinə problemli kreditlərin həcmi 619.6 milyon manata yüksəlib. Diqqətçəkən məqam artım tempinin kəskinliyidir. Belə ki:

-Cəmi bir ayda (martda): 10.25% artım;

-İlin əvvəlindən bəri: 18.1% artım;

-Son bir ildə: 28.65% artım.
Yeri gəlmişkən, yanvar-fevral aylarının nəticələrinə görə, banklar ötən ilin eyni dövrü ilə müqayisədə 5.75% daha çox qazanaraq 189.7 milyon manat xalis mənfəət əldə ediblər. Ötənilki mənfəət isə 1.164.5 milyard manat olub.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Azər Həsrət: “Niyə şikayət edirsiniz? Səhər evdən çıxdım, nə tıxac gördüm, nə də su basmış yer…

redaktor

Azərbaycanlı qadın kikboksçu: “Nişanlanacağım oğlanın ailəsi o fotonu görüb, pis vəziyyətdəyəm”

redaktor

Elmar Məmmədyarov Ramiz Mehdiyevin həbsi haqda: “Onu deyə bilərəm ki…”

redaktor