27 C
Bakı
21 Sentyabr 2026 18:21
Cəmiyyətİqtisadiyyat

Banklar qazanır, əhali borclanır

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklara olan ümumi borcu 19 milyard 197 milyon manatlıq tarixi zirvəyə çatıb. Bankların verdiyi hər 3 manatdan təxminən 2 manatı birbaşa əhalinin (ev təsərrüfatlarının) payına düşür. (Ümumi kredit portfeli 30.1 milyard manatdır) Bu rəqəmin daxilində 9.4 milyard manatdan çox payı olan istehlak kreditləri ilk sırada dayanır. Yəni əhalinin gündəlik tələbatı, məişət texnikası və nağd pul ehtiyacları üçün götürdüyü borcların həcmi ümumi kredit portfelinin 31.4%-ni təşkil edir.
1 aprel 2026-cı il tarixinə problemli kreditlərin həcmi 619.6 milyon manata yüksəlib. Diqqətçəkən məqam artım tempinin kəskinliyidir. Belə ki:

-Cəmi bir ayda (martda): 10.25% artım;

-İlin əvvəlindən bəri: 18.1% artım;

-Son bir ildə: 28.65% artım.
Yeri gəlmişkən, yanvar-fevral aylarının nəticələrinə görə, banklar ötən ilin eyni dövrü ilə müqayisədə 5.75% daha çox qazanaraq 189.7 milyon manat xalis mənfəət əldə ediblər. Ötənilki mənfəət isə 1.164.5 milyard manat olub.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Qasımov məhkəmə iclaslarına aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

admin

Enerji böhranı bitmir: Neft bazarında ucuzlaşma niyə çətin görünür?

redaktor

Tofiq Yaqubluya həyat yoldaşına etibarnamə vermək imkanı verilmir

redaktor