CəmiyyətHadisə

Milli Onkologiya Mərkəzində partlayış: rəsmi versiya və açıq qalan suallar

Vətən Azərbaycanda Milli Onkologiya Mərkəzi adlanan, ölkənin xərçəng xəstəliyi ilə mübarizə üzrə ən aparıcı səhiyyə müəssisısində partlayış olub. Məlumata görə ölən və ağır yaralanan var. Ölən-partladan xəstədir, yaralanansa, həkimdir.

Kriminoloji baxımdan dərhal sual yaranır ki, bu hadisədə motiv nədir? Terrormu, sui-qəsdmi ya intiharmı, ya nədir? Terrordursa, bu, niyə kütləvi insan olan metro ya ticarət mərkəzində edilmir? İntihardırsa, özünü niyə xəstəxanada öldürsün? Sui-qəsddirsə, niyə oradaca özünü də öldürsün?

Bu sualların cavabını və hadisənin təfərrüatı ilə bağlı rəsmi məlumatı gözləyək, hadisənin ilkin araşdırılmasını aparan istintaq, prokurorluqdan. Hərgah ki, cəmiyyətdən də, şifahi xəbərlər gəlir.

Və məsələyə ümumi yanaşaq…

Ümumən, məntiqi əsas götürüb, bir şeyi qeyd edək. Həyatda, dünyada baş verən bütün, fiziki və mənəvi partlayışların kökündə aşırı gərginlik durur. Necə ki, göydə ildırım partlayışı, buludlar arasındakı aşırı sıxıntıli gərginliyin nəticəsidir…

Ölkənin, ən ağır xəstəliyə, xərçəngə düçar olan talesiz vətəndaşlarının müayinəsi və müalicəsi üçün nəzərdə tutulan bu onkolaji mərkəz üçün bildiyimizcə, Azərbaycan dövləti xeyli vəsaitlər ayırıb, müasir şərait, bahalı avadanlıq, ixtisaslı həkim imkanları yaradıb. Ancaq, bununla belə, əhali, cəmiyyət arasında bu müəssisədən çox, narazılıq edilən tibb müəssisəsi yoxdur. Niyə?

Dövlətin tibb müəssisəsində ən ağır xəstəliyə düçarlı insanlara, ən çox gəlir yeri münasibəti. Bu münasibətdən də, ən çox qayğı və insanlıq tələb olunan xəstələrə qarşı doğan etinasızlıq.

Belə çıxır ki, səbəb nə dövlətdə, nə əhalidədir. Səbəb bu yüksək müəssisənin idarəçiliyində, bu, ən ağır xəstəliyə qarşı ən humanist olmalı tibbi müəssisənin, biznes (pul) müəssisəsinə çevrilməsindədir. Dövlətin verdiyi imtiyazlar və əhalinin kəskin (ölümdən) xilas ehtiyacından sui-sui istifadə edərək, rəhbərliyinin insafsız, antihumanist varlanma hərisliyindədir səbəb.

Bu humanitar müəssisədən son dərəcə əhali narazılıqları, partlayış dərəcədə olan şikayət, gərginliyin səbəbini, faktiki müəəsisə rəhbəri Kəmaləddin Qafarovun Milli Məclisdə oturub, hələ, bu Mərkəzdən başqa da dərman və sair biznesində, saysız əmlaklarında görmək olar.

Oliqarx hara, “xərçəng” kimi bəlaya etina hara? Olmaz ki, qeyri-oliqarx, humanist insan rəhbər ola humanitar tibb müəssisəsinə? Olmazmı ki,  “ölümlə əlləşən” talelər üzrərindən pul qazancı olmasın? Başqa yer yoxdu alver, qazanc üçün?   Belə, ‘xərçəng qədər’ problem çözülsə yaxşıdır.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? – AÇIQLAMA

redaktor

Alimin “Bravo” marketin kassiri qədər maaş aldığı ölkə

redaktor

Sumqayıtda gənc oğlan döyülüb – VİDEO

redaktor