ABŞ Konqresindəki demokratlar prezident Donald Trampın 1 maydan sonra qanunverici orqanın təsdiqi olmadan İrandakı münaqişəni davam etdirəcəyi təqdirdə ona qarşı məhkəmə iddiası qaldırmağı düşünürlər.
Tacxeber.com xəbər verir ki, bu barədə “Time” yazıb.
Senator Riçard Blumental nəşrə bildirib ki, hüquqi tədbirlər nəzərdən keçirilməlidir.
Konqresmen Ted Lieu da Trampın məhkəməyə verilməsi iddiasını tam dəstəkləyib:
“Düşünürəm ki, çox güclü arqumentlərimiz olacaq”.
Bu arada, senator Adam Şiff bu həftənin sonunda müharibə səlahiyyətləri qətnaməsi ilə bağlı yenidən səsvermə keçirməyi planlaşdırdığını bildirib.
O, nəşrə bildirib ki, bu məsələnin onlar üçün vacib olduğunu deyən respublikaçılar qətnaməyə səs verərkən bunu nümayiş etdirmək imkanına malik olacaqlar.
