17 C
Bakı
30 Oktyabr 2026 13:55
DünyaSiyasət

Tramp İranı blokada ilə boğmağa hazırlaşır

“Wall Street Journal” qəzetinin Ağ Evdəki mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı blokadanın mümkün uzadılmasına hazırlıq görməyi tapşırıb.

Nəşrin məlumatına görə, Tramp Tehrana iqtisadi təzyiqin artırılmasını ən məqbul variant hesab edir. Buraya neft ixracının məhdudlaşdırılması və gəmiçiliklə bağlı maneələr daxildir.

Administrasiya hesab edir ki, bu kurs hərbi zərbələrdən və ya ABŞ-ın münaqişədən tamamilə çıxmasından daha az risklidir. Təzyiqin İranın iqtisadi problemlərini daha da ağırlaşdıracağı və onu Vaşinqtonun şərtləri ilə danışıqlara sövq edəcəyi gözlənilir.

Hələlik Ağ Ev və ya Tehrandan rəsmi şərh yoxdur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Turizmi proqramlarla yox, sərhədləri açmaqla inkişaf etdirərlər

redaktor

Kiyev Vaşinqtonun etirazlarına baxmayaraq Rusiyanın enerji infrastrukturuna zərbələri yenidən bərpa edir

redaktor

“Böyük” İsrail kiçik Fələstinə necə uduzur?

redaktor