8 C
Bakı
09 Fevral 2026 13:08
DünyaGündəm

Donbas uğrunda döyüş: ruslar irəliləyir

Donbasda hərbi əməliyyatlar intensivləşib. Ukrayna rus qüvvələrinin Baxmut və Avdeyevka istiqamətlərində irəlilədiyini bildirir. Müdafiə qüvvələri Baxmut yaxınlığında, düşmən isə təmas xəttindəki yaşayış məntəqələrində, xüsusən Avdeyevkada mövqe tutmağa çalışır.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Baxmut bölgəsindəki 13 kilometrlik zonada – Opıtnoye kəndi və Soledar şəhəri yaxınlığında “Vaqner”in bölmələri Ukrayna müdafiəsini yarmağa çalışır. Müdafiə qüvvələri ilə vaqnerçilər arasında amansız döyüş gedir. Baxmutdan cəmi doqquz kilometr aralıda yerləşən Kleşiyevka kəndindəki dinc əhali təxliyə olunur. Rusiya mənbələri isə Donetsk yaxınlığında və Avdeyevka istiqamətində hücum əməliyyatlarının aparıldığını qeyd edir. “Dxr” silahlıları Nevelskoye kəndində Ukrayna ordusunun mövqelərinə basqın edərək hərbçiləri əsir götürüblər. Pervomayskoye və Vodyanoye kəndlərində döyüşlər davam edir. Rusiya mənbələri də iddia edir ki, ruslar Marinkada irəliləməyə nail olub, lakin bu istiqamətdə nəticələri qiymətləndirmək hələ tezdir”, – məlumatda deyilib.

Tacxeber.com

Oxşar xəbərlər

İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…

redaktor

Stoltenberqdən ETİRAF: “Rusiya ordusu Avropa silahlı qüvvələrindən güclüdür”

redaktor

Pensiya və müavinətlər yenidən artacaq

redaktor