Türkiyədə baş vermiş məktəb faciəsi haqda, ata valideynin hadisəyə az, ya çox dərəcədə səbəb olan yanlışlarını açaq, bəlkə bəzi belə “igid oğul” yetişdirib, onlarla cılız fəxr etmək həvəsli valideynləri və vəzifəliləri də ayıltsın.
Türkiyədə 10 nəfəri qətlə yetirmiş 14 yaşlı oğlanın polis rəisi olan atasının ifadəsndən tezislərə yerindəcə izahla fikrimizi bildirək:
Mənim 7 ədəd daşıma icazəli silahım var, əlavə 2 ədəd də ov tüfəngim də var. Hamısı qanunla öz adıma qeydiyyatdadır.
– görünür ki, ata özü aşırı dərəcədə silah və atəş, hədəf vurma həvəskarıdır. Dövlət necə icazə verib ona bu sayda silaha? Evdə bu çox qədər cürbəcür silah saxlayıb, düşünməyib ki, oğlu üçün, insanları hədəf kimi silah, atəşlə vurma halı uşaqlıqdan psixoloji adiləşə bilər.
Oğlum interaktiv (danışıqlı-onlayn) oyunlar oynayırdı, otağına girəndə hər şeyi bağlayırdı.
– təbii ki, o oyunlar silah, atəş və hədəf üzrə olub, maniya halına keçə bilən. Valideyn cəld yoxlamalı idi, uşaq niyə bağlayır, nəyi gizlədir, gizlətdiyi, qoruduğu “müqəddəs” əməl nədir?
Psixoloq demişdi ki, oğlumun cəmiyyətə uyğunlaşmasında problem ola bilər və o bir az nəzarətdə saxlanılmalıdır.
– demək, o insan hədəfləri atəş açıb vurmaq oyunları, həyatda uşaqda insanları hədəf kimi görüb, onlardan aralıda durma hissi yaradıb. Valideyin, psixoloqum fikrinə diqqət etməli idi.
Təxminən 1 ay əvvəl mənə dedi ki, dostları silahla atəş açır, soruşdu ki, mən ona nə vaxt atəş etdirməyə aparacağam.
– artıq, uşaqda uşaq oyunundan əsil silah və əsil hədəflə oyuna keçid hissi yetişir. Ata isə hələ də uşağındakı, maniya keçidi hiss etmir.
Bazar ertəsi (hadisədən 2 gün əvvəl) polis poliqonuna gedib, öz silahımla atəş açdım, oğluma da bir neçə dəfə atəş etdirdim.
– bu həm polis davranışı təlimatını pozmaq, həm də normal anlaq səviyyəsinə yetməmiş oğlunu hədəfə real silahdan atəş açma kimi psixoloji baryeri aşma üzrə imkanı yaratma məsuliyyətsizliyidir. Hətta, cinayət xarakterli.
Ata valideyn bu cür qırğın, faciədə istintaqın araşdırması ilə, az-çox dərəcə məsuliyyətlidir. Ən azı inzibati, iş və vəzifə itirmə, ən çoxu isə cinayət məsuliyyəti və hətta ola bilsin həbslə.
P. S.
3 gənc böyük oğlum var. Yüksək Avropa təhsil, çox dil bilməklə bərabər, uşaq yaşdan, idmana güləşə, boksa və həm qaydasız döyüşə gedəni də, olub. Ancaq, onların bu imkanı, aşırı halda kiməsə sərt ehtiyac olmadan antiinsani tətbiq etməmısinə təbliğli, nəzarətli idim və belədilər.
