DünyaSiyasət

Pakistan və Əfqanlstan şiələrindən ibarət hərbi qruplaşmalar hazırda İrandadır

İran rejimi bölgədəki vəkil güclərini ölkənin içərisinə toplayıb.

İraqdakı “Haşdi Şabi”, Pakistan şiələrindən ibarət “Zeynəbiyun” və Əfqanıstan şiələrindən ibarət “Fatimiyun” qruplaşmalarının militanları hazırda İrandadır.

SEPAH‐ın formalaşdırdığı “Zeynəbiyun” və “Fatimiyun” paramilitar qruplaşmaları”Hizbullah”la bərabər Suriya müharibəsində aktiv iştirak ediblər və Rusiya aviasiyasının havadan dəstəyi ilə uğurlu döyüşlər aparıblar. Lakin aviasiya dəstəyi kəsildikdən sonra onlar Əsəd rejimini qoruya bilmədilər və Suriyanı tərk etdilər.

Bu qruplaşmaların İrana çağırılması daxili asayişin təmin olunmasında rejim qüvvələrinə dəstək, xüsusən ehtimal olunan etiraz aksiyalarını yatırmaq niyyəti ilə bağlı ola bilər. Minlərlə insanın öldürüldüyü 8‐9 yanvar hadisələrində də həmin qruplardan bəzilərinin iştirak etdiyinə dair məlumatlar var.

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Paşinyanın həyat yoldaşı İranda məscidə getdi

redaktor

Azərbaycan iqtisadiyyatında monopoliya problemi

redaktor

ABŞ ordusu hazır vəziyyətə gətirildi: İrana hücuma hazırlaşırlar

redaktor