22.7 C
Bakı
09 İyun 2026 14:44
DünyaGündəmQalmaqal

BOK transgender qadınların qadın yarışlarında iştirakını qadağan edib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgender qadınların qadınlar üçün yarışlarda iştirakını qadağan edən qaydalar elan edib.

Qadağanın 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiada oyunlarında qüvvəyə minəcəyi gözlənilir.

BOK prezidenti Kirsti Koventri bildirib ki, qərar “bioloji olaraq kişi olanların qadın kateqoriyasında yarışmasının ədalətli olmaması” səbəbilə qəbul edilib.

BOK, həmçinin, təsdiqləyib ki, gələcək olimpiya oyunlarında qadın kateqoriyasında yarışmaq istəyən bütün idmançılar bioloji cinslərini müəyyən etmək üçün birdəfəlik genetik testdən keçməli olacaqlar.

Koventri deyib ki, həm fərdi, həm də komanda üzrə idman növlərinə aid olan bu qərar “elmi əsaslara söykənir və qadın idmanında ədaləti və təhlükəsizliyi qoruyacaq”.

“Keçmiş idmançı kimi bütün olimpiyaçıların ədalətli rəqabət mühitində iştirak etmək hüququna ürəkdən inanıram”, – o əlavə edib.  (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu – VİDEO

redaktor

Hindistan mənzərələri – Sirli ziyarətgahlar, sidik qoxulu küçələr – FOTO

admin

Qırmızı bibərin ŞOK OLACAĞINIZ 12 FAYDASI – MÜTLƏQ OXUYUN!

redaktor