DigərGündəmQalmaqalSiyasət

Almaniyada böyük siyasi QALMAQAL

Hadisə o qədər dəhşətlidir ki, adam gerçək olduğuna inanmır.

Deməli, Almaniyanın liberal partiyası FDP-nin keçmiş deputatı var, adı Hartmurt Ebbinqdir.

Bu adam haqqında bir uşağa qarşı cinsi istismar və azyaşlılara aid pornoqrafik materiallar saxlamağa görə istintaq başladılıb.

2025-ci ilin martında Berlin-Tirqarten məhkəməsində iş başlayanda adam qəribə bir müraciət edib.

Məhkəməyə bildirib ki, o Alman-İsrail Dostluq Qrupunun (DIG) xəzinədarı/mühasibidir və əgər bu iş ictimailəşsə, İsrailin Həmasla apardığı müharibə dövründə belə bir istintaq Dostluq Qrupunun imicinə ziyan vuracaq.

Berlin-Tirqarten məhkəməsi çox qəribə şəkildə bununla razılaşır və adama yalnız təxirə salınmış formada 10 aylıq həbs cəzası verir.

Nəhayət, keçən ay bu dəfə Braunşveyq prokurorluğu məsələni qaldırır və iş yenidən başlayır.

Və yalnız məsələ ictimailəşəndən sonra Alman-İsrail Dostluq Qrupu ictimai bəyanat yayaraq Ebbinqin istefaya göndərildiyini açıqlayır.

Almaniya sözün əsl mənasında dəli olub.

 

Rüstəm İsmayılbəyli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ramiz Mehdiyev ətrafında baş verənlər Yusif Yusibovun yuxusunu ərşə çəkib.

redaktor

Sülhün geosiyasəti: ABŞ Cənubi Qafqazın yeni qaydalarını yaza biləcəkmi?

admin

Heç kim bu həkimlərə “DUR” demir – Tanınmış pediatr mədəkiçiltmə əməliyyatını pislədi

redaktor