11 C
Bakı
23 Mart 2026 21:25
DünyaSiyasət

Donald Trampdan geri addım

Donald Tramp yenə geri addım atdı, İranın enerji infrastrukturunu vurmayacağını açıqladı.

Məncə, bu qərarın verilməsində 2 hadisə böyük rol oynadı:

İranın Qətərin maye qaz istehsal mərkəzinə vurduğu ciddi zərbə və İsrailin Dimona, Arad şəhərlərinə göndərdiyi qitələrarası raketlər.

Son 1 həftədəki bu zərbələrdən sonra İranın bütün Yaxın Şərqin enerji infrastrukturunu məhv etmək təhdid ciddi qəbul olundu.

İran 2020-ci ildə Qasım Süleymaninin öldürüldüyü gündən bəri bunu bacarmırdı. Əksinə, aldığı hər zərbədən sonra atdığı hər addım ABŞ və İsraili daha da cəsarətləndirirdi.

Amma bu dəfə vəziyyət dəyişdi. Elə bir müharibə başladı ki, burada ya İran qalib gələcəkdi, ya da bizim ömrümüz boyunca bölünmüş, yaxud da uğursuz dövlətə (failed state) çevrilmiş vəziyyətdə qalacaqdı.

Ona görə də, əlindəki bütün imkanlardan istifadə edir, müharibənin əhatəsini böyüdür, ABŞ və İsraili qurudan müdaxiləyə çağırır.

6 ildən sonra ilk dəfədir ki, İran eskalasiya istəyir, hər cür blefin üstünə gedir, eksistensial müharibə aparır.

Bu dəfə də ABŞ zəiflik göstərir, iqtisadi maraqlarını təhlükəyə salmaq istəmir, müharibəni limitləməyə çalışır və nəticədə psixoloji döyüşü uduzur.

 

Rüstəm İsmayılbəyli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yağış yağacaq, güclü külək əsəcək – BU GÜNÜN HAVASI

redaktor

“Hörümçək toru – 2”

admin

Dünya böyük təhlükə altındadır – BMT baş katibi

redaktor