-İran İsrailin Arad şəhərinə zərbə endirib. Hava hücumundan müdafiə sistemi sıradan çıxıb. Onlarla insan yaralanıb.
-Donald Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib.
-Qətər hərbi helikopteri dəniz üzərində qəzaya uğrayıb. Səbəb texniki nasazlıq olub.
-Kubada növbəti böyük elektrik kəsintisi yaşanıb.
-Ukrayna və ABŞ Mayamidə danışıqlar aparıblar. Stiv Vitkov onları konstruktiv adlandırıb. Rüstəm Umerov görüşlərin bu gün davam edəcəyini açıqlayıb.
