Artıq, 13-cü dəfədir Rusiya MN-in vəzifəliləri pəncərədən yerə atılır. Bu dəfə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Komandanı.
10 mart 2026-cı il tarixdə şaxtalı səhər tezdən
general-leytenant Aleksandr Leonov Moskvada qəfildən pəncərədən tullandı. Bu hadisə yüksək rütbəli rus zabitlərinin növbəti sirli ölümlərinin 13-cüsü oldu: son dörd ildə (2022-ci ilin mart ayından bəri) ən azı 12 yüksək rütbəli müdafiə rəsmisi və digər vəzifəlilər, o cümlədən Rusiya İstintaq Komitəsi Baş prokurorunun müavini, Rostekc şirkətinin baş direktoru, Almazantep şirkətinin vitse-prezidenti və digərləri rəsmi və qeyri-rəsmi olaraq, pəncərələrdən “tullanırlar”.
Hadisə ilə bağlı hələlik nəsə rəsmi təfərrüatlar yoxdur – nə yeri, nə də səbəbi (intihar və yaxud “başqa”) Müdafiə Nazirliyindən və ya İstintaq Komitəsindən də o cür. Müşahidəçilər isə bu çarəsiz addımı Rusiyanın hava hücumundan müdafiə sistemindəki ardıcıl uğursuzluqlarla əlaqələndirirlər. Bu cür “uğursuzluqlar” tez-tez Rusiya elitası daxili “təmizləmələrə” əsas verir.
